Suriyada Əsəd rejimi səhər saatlarında İdlibin Temania,
Tuh, Breysa və Huveyin kəndlərini top atəşinə tutub.
Publika.az xəbər verir ki, rejim ordusu mülki şəxslərin
yaşadığı əraziləri hədəfə alıb. İki mülki vətəndaş həyatını
itirib.
Rusiyaya aid 3 döyüş təyyarəsi isə Hama bölgəsinin şimalına hücum
edib. Hədəf İdlibin sahil bölgələrinin ələ keçirilməsidir.
Avropa Rusiyanın İdlib əməliyyatına qarşı çıxıb. Fransa Silahlı
Qüvvələrinin baş qərargah rəisi İdlibdə kimyəvi silah istifadə
olunacağı təqdirdə, Suriyaya hücum edə biləcəklərini bəyan
edib.
Asif