Danimarka milli komandası hazırlıq matçında Slovakiya ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, görüş Slovakiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu matçda Danimarka millisinin formasını müxtəlif peşə sahibləri geyib. Belə ki, meydana çıxanlar arasında satış mütəxəssisi, gəmi mexaniki, həbsxana nəzarətçisi, işsiz, youtuber, tələbə tərcüməçi və digər peşə sahibləri olub.
Qeyd edək ki, federasiya ilə baş vermiş qalmaqal səbəbindən danimarkalı futbolçular milli komandada oynamaqdan imtina ediblər.
Slovakiya - Danimarka 3:0
QOLLAR: Adam Nemeç, 11, Albert Rusnak, 37, Adam Foqt, 79 (avtoqol)
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: