Fransa çempionatının intizam komitəsi PSJ-nin hüumçusu Kilian Mbappeni cəzalandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, gənc forvadr ilk turda "Nim"lə oyundakı (4:2) hərəkətinə görə qarşıdakı 3 matçı kənardan izləyəcək.
Xatırladaq ki, Mbappe rəqib futbolçu Teji Savanyeni əli ilə itələmişdi. Nəticədə hər iki oyunçu meydandan qovulmuşdu.
"Nim"in müdafiəçisi isə şərti cəza alıb. Qarşıdakı matçlarda eyni hal təkrarlanarsa, Savanyeni 5 oyunluq cəza gözləyir.
Milli.Az