"Latsio"nun baş məşqçisi Simone İnzagi A seriyasının cari mövsümdəki favoritləri haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bildirib ki, ötən il mövsüm olduğu kimi, yenə də Skudetto uğrunda "Yuventus" və "Napoli" mübarizə aparacaq:

"Biz artıq həm "Yuventus"a, həm də "Napoli"yə qarşı oynamışıq. Düşünürəm ki, ötən il olduğu kimi, bu dəfə də Skudetto uğrunda yenə bu 2 komanda mübarizə aparacaq. Bu iki möhtəşəm komanda iki güclü mütəxəssis - Alleqri və Ançelottinin rəhbərliyi altında çıxış edirlər.

Mövsümə zəif başladığımızı düşünmürən. "Napoli" və "Yuventus"a layiqli müqavimət göstərdik. Çempionatdan yaranan fasilədən maksimum yararlanaraq növbəti oyunlarda daha yaxşı hazırlaşacağıq".

Milli.Az