"Çelsi"nin hücumçusu Alvaro Morata Kriştianu Ronaldunun "Yuventus"a keçidi barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan forvard transferin onun üçün gözlənilməz olduğunu vurğulayıb:

"Ronaldunun "Real"dan gedəcəyini düşünmürdüm. Onun müqaviləsini uzadacağını gözləyirdim. "Yuventus"un meneceri ilə danışdım və o bildirdi ki, həqiqətən də bu keçid reallaşacaq.

Ronaldunun "Real"dan gedişinin səbəbini bilmirəm. Düşünmürəm ki, onun komanda yoldaşları ilə münasibəti pis olub və bu səbəbdən də klubunu dəyişib. Yəqin ki, Kriştianu gələcəkdə həqiqəti açıqlayacaq".

Milli.Az