"Flamenqo"nun yarımmüdafiəçisi Lukas Pakueta karyerasını PSJ-də davam etdirəcək.

Milli.Az xəbər verir ki, Paris klubu qarşıdakı günlərdə 21 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalayacaq. Braziliya mətbuatının yazdığına görə, PSJ gənc oyunçunun keçidi üçün 50 milyon avro ödəyəcək.

Pakuetanın sözləşməsi 2019-cu ilin yanvarından qüvvəyə minəcək. Gənc futbolçu Braziliya çempionatı başa çatdıqdan sonra yeni klubuna qoşulacaq.

Milli.Az