"Keşlə" Adrian Skarlatake ilə yollarını ayırıb.
Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.
Qeyd edək ki, Skarlatake 2016-cı ildən "Keşlə"də çıxış edirdi. O, 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib.
Milli.Az