21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu dəvət olunub.

Milli.Az xəbər verir ki, "Sabah" klubunun üzvü Eltun Turabov da Rəşad Sadıqovun baş məşqçisi olduğu millinin hazırlıq prosesinə qoşulub.

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, saat 21:00-da "Dalğa Arena"da İsrail yığması ilə qarşılaşacaq.

Milli.Az