UEFA Millətlər Liqasında Kosovonu qəbul edəcək Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Səlahət Ağayev ("Neftçi") atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev ("Qarabağ") dəvət olunub.

Qeyd edək ki, Azərbaycan  sentyabrın 7-də, Bakı Olimpiya stadionunda Kosovonu qəbul edəcək.

Milli.Az