"Beşiktaş"ın futbolçusu Gökhan Gönülün adı Türkiyə millisinin heyətindən çıxarılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi sağ çiynindəki zədə səbəbindən Rusiya və İsveçlə matçlarda iştirak etməyəcək.
Qeyd edək ki, Türkiyə sentyabrın 7-i Rusiyanı qəbul edəcək, üç gün sonra İsveçin qonağı olacaq.
Milli.Az