"Barselona"nın heyətində itki baş verib.

Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Malkom Oliveyra komandanın bu gün baş tutan məşqində zədələnib. Sağ ayağında zədələnən 21 yaşlı hücumçu 1 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, braziliyalı futbolçu "Barselona"ya mövsümlərarası fasilədə Fransanın "Bordo" klubundan transfer olub. 

Milli.Az