Millətlər Liqasında ilk oyununu millimizə qarşı keçirəcək Kosovo yığması matçın hazırlıqlarına sabah başlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Bernard Şalandesin rəhbərliyi altında bir araya gələcək kollektiv ilk məşqini isə sentyabrın 4-də keçirəcək. Bakıya səfər öncəsi "Fadil Vakkri" stadionunda 2 məşq keçməyi planlaşdıran kosovoluların oyunöncəsi son hazırlığı isə sentyabrın 6-da paytaxtımızda olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 21:00-da başlayacaq.

Milli.Az