Böyük Britaniyanın Baş naziri Tereza Meyi ölümlə hədələyən Naimur Zəkəriyyə Rəhman azı 30 il həbsxanada yatmaqla, ömürlük həbs cəzasına məhkum edilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar İngiltərənin “Old Bailey” cinayət məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə Banqladeş əsilli Böyük Britaniya vətəndaşı Zəkəriyyə Rəhmanı Londonda son məqsədi Britaniya hökuməti rəhbərinin qətlə yetirilməsi olan terror aktı hazırlamaqda günahkar bilib.

İttiham tərəfinin məhkəmə dinləmələri zamanı məlum olub ki, Rəhman çantada gizlədilmiş partlayıcı qurğunu baş nazirin iqamətgahının (Dauninq-strit) girişində işə salmağı nəzərdə tutub. Bundan sonra isə partlayış nəticəsində yarana biləcək qarışıqlıqdan istifadə edib iqamətgaha yetişməyi, Tereza Meyə hücum edərək, bədəninə bağladığı partlayıcını işə salmağı planlaşdırıb.