Rəsmi Ankaranın amerikalı keşiş Endryu Bransonu həbsdən azad etməyəcəyinə dair qəti qərar qəbul etməsi ABŞ prezidenti Donald Trampı qəzəbləndirib.
Publika.az xəbər verir ki, Donald Tramp bu barədə verdiyi müsahibəsində deyib.
O bildirib ki, həmkarı Ərdoğandan nisbətən fərqli qərar gözləyirdi: “Bu qərardan son dərəcə təəssüf hissi keçirirəm. Məsələ olduğu kimi davam etdirilir. Görək, nəticə necə olacaq".
Donald Tramp müsahibə zamanı Türkiyə-ABŞ münasibətlərinə dair sualları cavablandırmaqan imtina edib: "Bu barədə fikir bildirmək istəmirəm. Hazırda iki ölkə üçün də çox ağır dövr yaşanır".
Xatırladaq ki, rəsmi Ankara E.Bransonu dövlət çevrilişinə cəhddə və casusluqda ittiham edib. O, hazırda ev həbsində saxlanılır. Vaşinqton keşişin deportasiyasını tələb etsə də, bu barədə rədd cavabı alıb.
Könül