Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, mərasim Monakoda Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Tədbirdə avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək. Ağdam klubu bu dəfə üçüncü səbətdə yer alacaq.
Avroliqanın budəfəki püşkatma mərasimində tarixdə ilk dəfə azərbaycanlı səfir də iştirak edəcək. Belə ki, 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Vəli Qasımov da püşkatma zamanı səhnədə olacaq.
Püşkatmada iştirak edəcək 48 komanda 4 səbətə bölünüb:
1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)
2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbaxça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)
3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)
4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç).