Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi misirli sol cinah müdafiəçisi Kərim Hafezi sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ölkəsinin "Vadi Deqla" klubundan 1 illik icarəyə götürülüb. Lakin mövsümün sonunda Türkiyə klubu misirli oyunçunun transfer hüququnu da əldə edə bilər.

Hafez ötən mövsümü Fransanın 2-ci liqa təmsilçisi "Lans"da keçirib. O, bu komandada 20 oyuna çıxıb, 2 qola imza atıb.

Milli.Az