"Monaco" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Bayer Leverkuzen"dən Benyamin Henriksi transfer edib.

21 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Moneqasklar" Henriks üçün klubuna 20 milyon avro ödəyəcək. 2012-ci ildən Almaniya millisinin aşağı yaş qruplarında çıxış edən Henriks, 3 dəfə də əsas komandaya dəvət alıb.

Milli.Az