Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) oyununa bilet satışı davam edir.
Milli.Az xəbər verir ki, avqustun 30-da baş tutacaq qarşılaşmaya 13 min bilet satılıb. Bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.
"Qarabağ" - "Şerif" matçı Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda "Şerif" minimal hesabla qələbə qazanıb.
Bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar), 28 Mall ticarət mərkəzində və Sumqayıtda həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.
Milli.Az