Bötöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Publika.az xəbər verir ki, Qüdrət Həsənquliyev bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib.

Məktubda deyilir:
Hörmətli Ramil müəllim,
Məni “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan
Respublikasının yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə dərin
minnətdarlığımı bildirirəm.
Ölkəmizdə sabitliyin və asayişin qorunmasında, cinayətkarlığa və
onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinə düşən
vəzifələri bu gün də yüksək peşəkarlıqla yerinə yetirən, ictimai
təhlükəsizliyin təmin olunmasında müstəsna xidmətlər göstərən
Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan
qürur duyuram.
Sizə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına şərəfli
işinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzulayıram”.