ABŞ prezidenti Donald Trampın bu həftənin birinci günü
Ağ Evdə xristian dini rəhbərlərinin, xüsusilə xristianlığın
evanqelist təriqətinin liderləri ilə görüşünün səs yazıları
yayılıb.
Publika.az xəbər verir ki, səs yazılarını “The Nyu York
Times” qəzeti dərc edib.
Tramp yemək masasında dini liderlərə “sahib olduğunuz hər şeyi
itirməyə sadəcə bir seçki uzaqdasınız” deyərək, onları noyabrın
6-da keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdə respublikaçılara
səs verməyə çağırıb. Daha sonra “Konqresi itirsək, hər şeyi
itirərik” deyə o bildirib.
“İndiyə qədər etdiyimiz hər şeyi tərsinə çevirəcəklər. Bunu şiddət
yolu ilə edəcəklər. Ortada şiddət var. “Antifa” (faşizm əleyhinə
hərəkat) və digər qruplara baxın. Bunlar şiddətlə hərəkət edirlər”,
- deyə Tramp vurğulayıb.