Braziliya hökuməti Venesuela miqrantlarının axınına görə təhlükəsizliyi təmin etmək üçün bu ölkənin sərhədinə ordu bölmələri göndərib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Braziliya prezidenti Mişel Temer videomüraciətində bildirib.
“Mən bu gün Rorayma ştatında qanun-qaydanın təminatı, Braziliya vətəndaşları və Venesuela miqrantlarının təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrin tətbiqi haqqında sərəncam verdim”, - Temer deyib.
Mayın əvvəlində Miqrasiya üzrə Beynəlxalq Təşkilat bildirib ki, 2015-2017-ci illər ərzində maliyyə-iqtisadi böhranı ilə əlaqədar olaraq Venesueladan Braziliyaya axın edən miqrantların sayı 10 dəfədən çox artib. Əgər 2015-ci ildə onların sayı 89 min nəfər idisə, 2017-ci ilin sonunda bu göstərici 900 mini keçib.