UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç komandanın adı məlum olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, səfərdə Macarıstanın "Vidi" klubunu 2:1 hesabı ilə məğlub edən Yunanıstan AEK-i öz meydanında heç-heçə (1:1) edib.

Nəticədə AEK ÇL-nin qrup mərhələsinə yüksəlib.

Səfərdə "Yanq Boyz" klubu ilə heç-heçə edən Xorvatiyanın "Dinamo Zaqreb" klubu isə öz meydanında 2:1 hesabı ilə uduzub. Bununla da növbəyi mərhələyə İsveçrə klubu çıxıb. 

Kiyev "Dinamo"su isə doğma stadionda Hollandiyanın "Ayaks" klubu ilə görüşüb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Nəticədə növbəti mərhələyə "Ayaks" vəsiqə qazanıb.

Qeyd edək, "Vidi", "Dinamo" (Kiyev) və "Dinamo" (Zaqreb) UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Milli.Az