Çimərlik futbolu üzrə Azərbaycan milli komandası 8 komandanın iştirakı ilə keçiriləcək Avropa Super finalına vəsiqə qazanıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu mərhələnin oyunları sentyabrın 6-dan 9-dək İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində keçiriləcək.

Qrupların tərkibi aşağıdakı kimidr:

A qrupu: İspaniya, Portuqaliya, İsveçrə, Azərbaycan

B qrupu: Rusiya, Belarus, Ukrayna, İtaliya

Milli.Az