Türkiyənin “Fənərbaxça” klubu transfer danışıqları üçün İstanbula gətirdiyi futbolçu Marko Fabianı geri göndərib.
Publika.az xəbər verir ki, meksikalı futbolçu tibbi yoxlanışdan keçə bilməyib və buna görə onunla müqavilə imzalanmayıb.
Onun onurğa sütununda problem olduğu aşkarlanıb. Bu səbəbdən “sarı-lacivərd”lər transferdən imtina ediblər.
Klubdan qısa müddətdə məsələ ilə bağlı açıqlama verilməsi gözlənilir. Fabian isə “Fənərbaxça”nın tvitter səhifəsini artıq izlənmə siyahısından çıxarıb.