"Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqanın 3-cü turunda "Qəbələ" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
"Sumqayıt" 10 nəfərlə qalsa da, son dəqiqələrdə bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas olub. N.Süleymanov buna görə komandasına təşəkkür edib: "Azlıqda qalsaq da, futbolçularımız mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər".
Milli.Az