"Neftçi"yə məğlubiyyətdən sonra hamımız bu matça qələbə üçün çıxmışdıq. Oyunumuz o qədər də pis alınmadı. İstədiyimiz qolu da vurduq. Amma təəssüflər olsun ki, son dəqiqələrdə qapımızda arzulamadığımız top gördük. Hamımız çox üzgünük".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə deyib. Topaz Premyer Liqanın 3-cü turunda evdə "Sumqayıt"la heç-heçə (1:1) etdikləri oyunu şərh edən futbolçu penaltidən vurduğu qol haqda da danışıb:
"Özümü hazır hiss etdiyim üçün topu götürdüm və penaltini yerinə yetirdim. Şükürlər olsun ki, qol oldu".
Bu turdan sonra millimizin heyəti açıqlanacaq. T. Xəlilzadə Qurban Qurbanovdan dəvət gözlədiyini gizlətməyib: "Hər bir futbolçu kimi mən də dəvət gözləyirəm. Qərarı məşqçilər korpusu verəcək. İnanıram ki, milliyə çağırılacağam".
Futbolçu millimizin Millətlər Liqasında Kosovo və Malta ilə keçiriləcək oyunları haqda danışıb: "Hər iki oyunda millimiz üçün ən yaxşısını etməyə çalışacağıq. Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Milli.Az