"Fənərbaxça" növbəti transferini reallaşdırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Portu"dan Dieqo Reyesi heyətinə cəlb edib. Meksika millisinin üzvü "Fənərbaxça"ya azad agent statusu ilə keçib.

Qeyd edək ki, 25 yaşlı mərkəz müdafiəçisi 2013-cü ildən "Portu"dan çıxış edirdi. O, "Real Sosyedad" və "Espanyol"da da icarə əsasında çıxış edib. Reyes 2011-ci ildən Meksika millisinə dəvət alır.

Milli.Az