Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" səfərdə lider "Köln"lə qarşılaşıb. Görüşdə meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov qarşılaşmanın 78-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Aue" 3 turdan sonra 1 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Milli.Az