"Milan"ın yeni transferi Qonzalo İquain A Seriyasının 2-ci turunun "Napoli" ilə səfər oyunu öncəsi Neapolda yerli azarkeşlərin xoşagəlməz sürprizi ilə qarşılaşıb. 

Milli.Az qol.az-a istinadən bildirir ki, fanatlar argentinalı hücumçunun tez-tez klub dəyişməsinə aid banner hazırlayıblar. Bannerin üzərinə futbolçunun şəkilini vuran tərəfarlar altında isə bu sözləri yazıblar: "Klubları alt paltarından daha tez-tez dəyişirsən".

Qeyd edək ki, İquain 2016-cı ildə 90 milyon avro qarşılığında "Napoli"dən "Yuventus"a keçib. Bu mövsümün əvvəlində isə Turin klubu forvardı "Milan"a icarəyə verib.

Milli.Az