Futbol üzrə İspaniya Sequndasında 2-ci turun oyunları keçirilib.
Milli.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Malaqa" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:1.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, bu matçın sonunadək ehtiyatda qalıb.
Hazırda 1 xala malik "Alkorkon" 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Milli.Az