Səudiyyə Ərəbistanı koalisiyasının dəstəyi ilə Taiz şəhərində irəliləyən Yəmən ordusu Ər-Rahidə mahalında bəzi strateji məntəqələri ələ keçirib.
Husi döyüşçüləri ilə silahlı atışmada Əd-Davari dağındakı bəzi yüksəkliklər də nəzarətə götürülüb.
Ər-Rahidə mahalının mərkəzinə isə sadəcə 7 km qaldığı deyilir.
Xatırladaq ki, 2014-cü ildən bəri hökumətə müxalif husi üsyançıları Yəmənin bəzi iri şəhərlərini nəzarətdə saxlayır.
3 il öncə isə Səudiyyənin başçılıq etdiyi koalisiya hökumətə dəstək məqsədilə husilərə qarşı əməliyyatlar həyata keçirir. (Axar.az)