Azərbaycan Premyer Liqasında II turun ən yaxşı oyunçusu müəyyənləşib.
Milli.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, bu turun ən yaxşı oyunçusu "Qarabağ"ın üzvü Filip Ozobiç seçilib.
Yarımmüdafiəçi "Qarabağ"ın heyətində Premyer Liqada keçirdiyi debüt oyununda hamını üstələməyi bacarıb.
Qeyd edək ki, I turun ən yaxşı oyunçusu "Neftçi"nin üzvü Emin Mahmudov idi.
Milli.Az