ANS PRESS-in məlumatına görə, son zamanların ən çox danışılan modellərindən biri olan Cara Delevingne Mövlana Cəlaləddin Ruminin sözlərini paylaşıb. 21 yaşlı ingilis model öz instagram səhifəsində bu sözləri yazıb: "Qəlbin bir gün səni sevgiliyə götürəcək. Ruhun bir gün səni sevgiliyə aparacaq".
11 milyona yaxın izləyicisi olan instagram hesabında həmin sözləri 300 mindən çox insan bəyənib, minlərlə izləyici isə həmin sözlərə şərh yazıb.
21 yaşlı gənc model Cara Delevingne tək modelliyi ilə gündəmdə olmur. Onun sosial mediada paylaşdığı şəkillər də onu kifayət qədər tanıdır.














MənbəANS PRESS