Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə olduğu kimi bu gün də 3 qarşılaşma keçirilib.
"Ayaks" öz meydanında Kiyev "Dinamo"su ilə qarşılaşıb. Görüş Hollandiya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Çoxlarının gözləmədiyi halda, pley-offa qədər irəliləyən "Videoton" "Seltik"i mübarizədən kənarlaşdıran AEK-i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. 

"Yanq Boyz" isə ev oyununda Zaqreb "Dinamo"su ilə bərabərə qalıb - 1:1. 


22 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. "Ayaks" (Hollandiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:1
Qollar:
 Donni van de Beek, 2, Hakim Ziyeş, 35,Duşan Tadiç, 43 - Tomaş Kendzyora, 16

23:00. "Videoton" (Macarıstan) - AEK (Yunanıstan) 0:2
Qollar:
 Viktor Klonaridis, 34, Tasos Bakasetas, 49

23:00. "Yanq Boyz" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:1
Qollar:
 Kevin Mbabu, 2 - Mislav Orşiç, 40


21 avqust

BATE (Belarus) - PSV (Hollandiya) 2:3

"Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan) 1:1

"Srvena Zvezda" (Serbiya) - "Zalsburq" (Avstriya) 0:0
Milli.Az