"ABŞ İrana azacıq zərər versə, təkcə Vaşinqtonu deyil, onun Orta Şərqdəki müttəfiqi İsraili də hədəf alacağıq".

Bu barədə İranın din xadimi Ayətullah Əhməd Hatəmi bildirib.

Məsciddəki çıxışında Hatəmi qeyd edib ki, ABŞ İrana hərbi müdaxilə etməyəcək: "Artıq vur-qaç dönəmi bitib. ABŞ tərəfindən bizə hücum olarsa, Amerikanı dünyanın hər yerində təqib və səfil edəcəyik. ABŞ İrana azacıq zərər versə, təkcə Vaşinqtonu deyil, onun Orta Şərqdəki müttəfiqi İsraili də hədəf alacağıq".

Trampın dialoq təklifinə reaksiya verən ayətullah qeyd edib ki, ölkəsi ABŞ ilə masa arxasında əyləşməyəcək: "ABŞ "biz nə deyirsək İran onu etsin" istəyir. Bunun adı müzakirə deyil, diktatorluqdur və biz buna qarşıyıq".