Şəmkir, 22 aprel, AZƏRTAC
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin istirahət günündə - aprelin 22-də iştirakçılar Şəmkir Şahmat Məktəbində olublar.
AZƏRTAC xəbər verir ki, məşhur qrossmeysterlər məktəbdə uşaqlara seans keçib, onlarla xatirə şəkli çəkdiriblər.




