İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Turin klubu ilə müqaviləsini yeniləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni müqavilə 2023-cü ilə qədər qüvvədə olacaq. Yeni müqaviləyə görə, Pyaniçin illik Tməvacibi 4,5 milyon avrodan 7 milyon avroyadək artırılıb.
Bosniya və herseqovinalı yarımmüdafiəçi ötən mövsüm İtaliya çempionatında 31 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə verib.
M.Pyaniç 2016-cı ildən "Yuventus"un şərəfini qoruyur.
Milli.Az