Hollandiyanın "Vitess" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az komanda.az-a istinadən bildirir ki, sözügedən klub İspaniya nəhəngi "Real"ın yarımmüdafiəçisi Martin Edeqoru heyətinə qatıb. Klub saytının yaydığı məlumata görə, 19 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, "Vitess"i rusiyalı mütəxəssis Leonid Slutski çalışdırır.
Edeqor ötən mövsümü də Hollandiyada keçirib. O, icarə əsasında oynadığı "Herenven"də 26 oyuna çıxıb, 2 qola imza atıb.
Norveç yığmasının da şərəfini qoruyan Martin 2015-ci ildən Madrid klubunun şərəfini qoruyur.
Milli.Az