“Mançester Siti”nin qapıçısı Ederson klubun tarixinə düşüb.
Braziliyalı qolkiper “şəhərlilər”in heyətində İngiltərə Premyer Liqasında qol ötürməsi edən ilk qapıçı olub.

Premyer Liqanın 2-ci turunda keçirilən “Haddersfild”lə ev oyununun 25-ci dəqiqəsində məhz Edersonun ötürməsindən sonra Serxio Aquero hesabı açıb. İndiyə qədər “Mançester Siti”nin heç bir qapıçısı məhsuldar ötürmə müəllifi olmamışdı.

Qeyd edək ki, “Mançester Siti” sözügedən oyunda “Haddersfild”ə 6:1 hesabıyla qalib gəlib (Qol.az).