Ölkə kubokunun 1/2 final mərhələsində "Simurq" səddini keçərək adını finala yazdıran "Qarabağ" "qızıl dubl"a imza atmaq üçün "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Fanat.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo bu gün öz "Instagram" hesabından paylaşdığı şəkillə final sevinci ilə birlikdə azərbaycan dilində "sabahın xeyir" yazaraq burada xoşbəxt olduğunu bir daha sübut etmiş oldu.

Qeyd edək ki, "Qarabağ" 6 ildən sonra finala çıхıb. "Qarabağ" bundan əvvəl 1993, 1995/96, 1997/98, 1999/2000, 2005/06 və 2008/09 mövsümlərində finala çıхıb. Ağdam klubu 3 dəfə kuboku başı üzərinə qaldırıb (1993, 2005/06, 2008/09).//anspress


Fanat.az