"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə çağırılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, UEFA Millətlər Liqasında Sloveniya və Norveçlə görüşlər üçün yığmaya dəvət edilib.

Qeyd edək ki, Bolqarıstan sentyabrın 6-ı səfərdə Sloveniya ilə qarşılaşacaq, sentyabrın 9-u isə Norveçi qəbul edəcək.

Milli.Az