"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına dəvət alıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Slavçev UEFA Millətlər Liqasında Sloveniya və Norveçlə görüşlər üçün çağırılıb.

Bolqarıstan sentyabrın 6-ı səfərdə Sloveniya ilə qarşılaşacaq, sentyabrın 9-u isə Norveçi qəbul edəcək.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2013-cü ildən Bolqarıstanın əsas millisinə dəvət alır.

Milli.Az