"Səbail" klubu Moldova milli komandasının futbolçusu Yevgeni Koçuku geri qaytarıb. 

Milli.Az bildirir ki, klubun mətbuat xidmətinin rəhbəri Tora Əhmədovanın Report-a verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə tezliklə bağlanılacaq. Koçuk Bayıl komandasına azad agent statusu ilə keçib. O, avqustun 17-də Slovakiya "Jilina"sı ilə müqaviləsini pozub.  

Qeyd edək ki, Yevgeni Koçuk 2017-2018 mövsümünün ikinci yarısında da "Səbail"də çıxış edib və 13 oyuna 2 qol vurub. Moldova millisində  isə o, 10 oyun keçirib. 

Milli.Az