Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur. 

Milli.Az bildirir ki, Report-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb. 

Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır. 

Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb.

Milli.Az