Amerika rahib Bransonun azad olması üçün Ankaraya heç nə ödəməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz günahsız insanın azad olması üçün Ankaraya heç nə ödəməyəcəyik, amma Türkiyəyə xərcləri azaldacağıq”, - prezident tvitterdə yazıb.

Ağ Evin başçısı həmçinin, Türkiyəni uzun müddət öz maraqları üçün ABŞ-dan istifadə etməkdə ittiham edib.