Türkiyə-ABŞ qarşıdurmasının NATO-da Ərdoğanla Tramp
arasında keçən dialoqdan sonra başlandığı iddia edilir. Məlumatlara
görə, dialoqda tərəflər bir-birini düzgün başa düşməyiblər.
Publika.az xəbər verir ki, bu iddia ilə “The Guardian”
nəşri çıxış edib.
Nəşr yazır ki, Ərdoğanla Tramp bir-birini yanlış anlayıb. Xəbərdə
deyilir ki, bu ilin 11 iyulunda Brüsseldə keçirilən NATO sammitində
Ərdoğanla Tramp söhbət edirlər. Tramp məsələni belə anlayır:
İsraildə həbsdə olan Ebruya qarşılıq olaraq Brunson azad
ediləcək.
Lakin türkiyəli yazar Batuhan Yaşar həmin dialoqun pərdəarxasını
ortaya çıxarıb.
B.Yaşar yazır ki, Ebru həbsdə deyildi, Türkiyənin İsraildəki
səfirliyində qalırdı.
“Ebru məsələsini Trampa xarici işlər naziri Mövlud Çavuşoğlu
bildirmişdi. Həmin vaxt Ərdoğan orada yox idi. Afrikaya səfər
zamanı məsələni Ərdoğandan soruşmuşduq. O da “deyilməyən şeylərin
deyilmiş kimi göstərilməsi doğru deyil. Bunların ən yaxın şahidi
xarici işlər nazirimizdir. “The Guardian” isə iddia edir ki,
Ərdoğanla Trampın dialoqu zamanı “yanlarında bir dənə tərcüməçi var
idi”. Halbuki, Mövlud Çavuşoğlu da orada idi. Ərdoğan danışır ki,
“xarici işlər nazirimiz Ebru xanımın İsraildən çıxmasına kömək
etməyi xahiş etdi, lakin Ebru həbsxanada deyildi. Lakin onlara
bunun qarşılığında “biz də sizə Brunsonu verəcəyik” demədik.
Brüsseldə belə bazarlıq olmadı, belə bir şey danışmadıq”.
Tramp isə bir neçə gün sonra Ərdoğana zəng edərək, “Netanyahu
Ebrunu azad etdiyini deyir, siz də rahibi buraxın” deyə bildirib.
Məsələ nöqtəsinə, vergülünə qədər belə olub.
Asif