Liviya məhkəməsi ölkənin keçmiş lideri Müəmmər Qəddafinin 45 tərəfdarını ölüm cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, bu haqda məhkəmənin qərarına istinadən “Axir Nyus” portalı bildirib.

Onlar 2011-ci ilin avqustunda Tripolidə döyüşlərin gedişatında üsyançıların kütləvi güllələnməsində iştirakda ittiham olunublar. Daha 54 nəfər müxtəlif həbs cəzalarına məhkum ediliblər.

Portal qeyd edir ki, məhkəmə işi 2011-ci ilin avqust hadisələrinə aiddir. Liviya paytaxtının şəhərətrafında üsyançıların dəstəsi mühasirəyə düşmüş və hakimiyyətə loyal hərbçilər tərəfindən tamamilə məhv edilmişdi.