"Barselona" klubun qurucusu Joan Gamberin xatirəsinə keçirilən Gamber kuboku çərçivəsində "Boka Xuniors"la  (Argentina) qarşılaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matç Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Boka Xuniors" - 3:0

Qollar: Malkom, 18, Messi, 39, Rafinya, 67

Bununla da, "Barsa" bu yarışı tarixində 41-ci dəfə qazanıb.

Qeyd edək ki, Gamber kuboku 1966-cı ildən keçirilir.

Milli.Az