"Barselona"nın futbolçusu Lionel Messi komandanın yeni kapitanı seçilməsinə münasibət bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı o deyib: "Klubun kapitanı olmaq mənim üçün böyük şərəfdir. Bu klubun nə demək olduğunu bilirəm. Məndən əvvəl buranın böyük kapitanları olub".
Qeyd edək ki, klubun sabiq kapitanı Andres İnyestanın "Vissel Kobe"yə transferindən sonra kapitanlıq sarğısı L.Messiyə verilib.
Milli.Az