Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi, polkovnik Norayr Yolçyan vəzifəsindən azad edilib.
Publika.az news.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
Bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Norayr Yolçyan bu vəzifəyə 2013-cü ildə təyin edilmişdi. Keçmiş prezident və baş nazir Serj Sarkisyana yaxın münasibətləri ilə tanınan polkovnikin adı dəfələrlə korrupsiya qalmaqallarında hallanmışdı.